Topdansatış Yarmarkası

iri, müntəzəm və ya birdəfəlik çoxişlənən mallar bazarıdır.
Topdansatış Ticarət
TOPİKS
OBASTAN VİKİ
Topdansatış
Topdansatış — malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti.
Nikolskaya yarmarkası
Nikolskaya yarmarkası — il ərzində bir dəfə baş vermiş satış. Yarmarka Rusiyanın Taqanroq şəhərində XIX əsrdə hər il yaz aylarında keçirilirdi. XIX əsrortalarında Nikolayevskaya yarmarkası istər Taqanroqun ticarət həyatı, istərsə də şəhər həyatında mühüm yer tuturdu. Yarmarka hər il 9 may tarixində keçirilirdi. Yarmarkanın ənənəvi olaraq yerləşdiyi ərazi hazırkı şəhər stadionu və Privoğzal meydanının yerləşdiyi ərazini əhatə edirdi. Vaxtı ilə Privoğzal meydanı Yarmaroçnaya adlandırılırdı, səbəb isə burada keçirilmiş tarixi yarmarkalar olmuşdur. Yarmaroçnaya meydanı XIX əsrin əvvəllərində Nikolayevsk, Uspenski (onun açılışı 15 avqustda baş verirdi) və Mixaylovski yarmarkalarının ərazisində formalaşmışdı. Şəhərin 1834-cü il planına əsasən ticarət meydanı onun daxilində olmalı idi. Onlar ticarətin Çexov küçəsində cəmləşməsini istəyirdilər. Bu ərazi əsas yolların üzərində yerləşirdi.
Şərq yarmarkası
Şərq yarmarkası— (alm. Deutsche Ostmesse Königsberg‎)Königsberqdə keçirilən ticarət və sənaye sərgisi (1920-ci ildən II Dünya Müharibəsinə qədər. Şərq Sərgisi Almaniyadakı ikinci ən əhəmiyyətli sərgi idi, yalnız Leipzig Ticarət Sərgisindən sonra. Şərq Sərgisi, Almaniya ilə SSRİ arasındakı ticarət əlaqələri üçün əhəmiyyətli idi. Şərq Sərgisinin təşkil edilməsində məqsəd, Birinci Dünya Müharibəsindən sonra Şərqi Prussiya ilə Almaniyanın qalan hissəsi arasında şəhərin və bölgənin iqtisadiyyatına böyük ziyan vurmuş ticarət və iqtisadi əlaqələri bərpa etmək idi. İlk dəfə Şərq Yarmarkası 1920-ci ilin sentyabrında Königsberg Zooparkının ərazisində keçirildi. Sərgi uğurlu keçdiyindən müntəzəm olaraq keçirilməsinə qərar verildi.
Folsom küçəsi yarmarkası
Folsom küçəsi yarmarkası (ing. Folsom Street Fair) — 1984-cü ildən etibarən San-Fransisko şəhərində hər il sırf könüllülük əsasında sentyabr ayının son bazar günü qeyd olunan kütləvi festival. Bu, BDSM submədəniyyətinin ən geniş və kütləvi tədbirlərindən biri hesab olunur; belə ki, həmin festival çərçivəsində, yetkin yaşlı və alternativ seksual düşüncəyə malik insanlar, təhlükəsiz şəkildə özünüifadə etmək azadlığına sahibdirlər. Burada həmçinin müxtəlif seks oyuncaqlar, sadomazoxizm, flagelyasiya, bondaj üçün dəri materiallardan əşyalar satılır. Folsom küçəsində daim şənlik, bayram, flirt və azad seks ruhu hökm sürür, festivaldan əldə olunan vəsait gəlirləri isə, ənənəvi olaraq yerli xeyriyyə təşkilatlarına ianə edilir. Bəzən qısaca olaraq FSF adlandırılan bu festival-yarmarka, San-Fransisko şəhərinin cənubunda yerləşən Market (ing. South of Market, SoMa) rayonun 8-ci və 13-cü küçələri arasında qərarlaşmış reprezentativ Folsom küçəsində keçirilir. Onunla perpendikulyar şəkildə məşhur Embarkadero liman sahil şossesi və Alleman bulvarı kəsişir. Yarmarkada həmçinin maraqlı diskount sistemi mövcuddur; belə ki, əhalinin kasıb təbəqəsi üçün istiqamətləndirilmiş $10 və ya daha çox ianələr müqabilində, qonaqlara yarmarkada alınmış hər bir spirtli içki üçün 2 dollar endirim təklif edilir. == Dəri submədəniyyətinin mənşəyi == Dəri həvəskarları tərəfindən formalaşdırılmış submədəniyyət başlıca olaraq müxtəlif qeyri-standart seksual hərəkətlər və geyim tərzi ilə xarakterizə olunur; belə ki, bu mədəniyyətin davamçıları, dəridən hazırlanmış gödəkcə, jilet, çəkmə, hörmə və başqa bu kimi predmetlərə xüsusi önəm verirlər.
Xəzər Topdansatış Əməliyyat Cəmiyyəti
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (1920-1996-cı illərdə Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı) və ya qısaca Azərittifaq- 1920-ci ildə Xəzər Topdansatış Əməliyyat Cəmiyyəti ittifaqının bazasında təşkil olunmuş qurum. Azərbaycanda kooperasiya hərəkatı neft mədənləri rayonlarında (Balaxanı, Bibiheybət) fəhlə istehlak kooperativlərinin təşkili ilə başlamışdır. İlk istehlak cəmiyyəti Bakıda (1887), daha sonra isə Xankəndidə (1899) yaradılmışdır. 1915-ci ilin mayında Bakının 12 istehlak cəmiyyəti (10 mədən-zavod və 2 şəhər) birləşərək "Topdansatış Əməliyyatları Cəmiyyəti-Kooperasiya" adlı istehlak cəmiyyətləri ittifaqını yaratdılar. Həmin il dekabr ayının ayının ortalarında həmin cəmiyyət özündə 18 istehlak cəmiyyətini özündə birləşdirirdi. 1916-cı ilin dekabrında isə onların sayı 48-ə çatmışdı. 1917-ci ilin iyulunda Tiflis və İrəvan quberniyalarının ittifaqın tərkibinə daxil olması ilə əlaqədar müvəkillərin növbəti yığıncağında ittifaq "Xəzər İstehlak Cəmiyyətləri İttifaqı" (mərkəzi idarəsi Bakıda olmaqla) adlandırıldı. 1918-ci ilin əvvəlində Azərbaycanda artıq 287 istehlak cəmiyyəti fəaliyyət göstərirdi. Onların yarıdan çoxunu, təxminən 56 faizini kənd istehlak cəmiyyətləri, 32 faizini şəhər, 10 faizini isə mədən-zavod cəmiyyətləri təşkil edirdi. Rusiyada baş verən inqilab ərzaq böhranı yaradmaqla, bu cəmiyyətlərin dağılmasına səbəb oldu.
Qahirə beynəlxalq kitab yarmarkası
Qahirə beynəlxalq kitab yarmarkası (ərəb. معرض القاهرة الدولي للكتاب‎‎‎) — hər il Misirin paytaxtı Qahirə şəhərində, Əl-Əzhər Universitetinin yaxınlığında keçirilən böyük beynəlxalq kitab yarmarkası. Misir baş kitab təşkilatı tərəfindən keçirilir. İlk dəfə 1969-cu ildə keçirilmiş və tarixi Qahirə şəhərinin əsasının qoyulmasının 1000 illiyinə həsr olunmuşdur. 2011-ci ilin yanvarında keçirilməli olan yarmarka Misirdəki inqilabi hadisələrə görə təxirə salınmış, növbəti il yenidən bərpa olunmuşdur. Qahirə yarmarkası ərəb dünyasında ən qədim və ən böyük kitab yarmarkalarından biridir və hər il 2 milyona yaxın ziyarətçi və minlərlə kitab satıcısını cəlb edir. 3 həftə ərzində çıxışlar, mühazirələr, ictimai oxunuşlar və s. kütləvi tədbirlər keçirilir. Materiallar ərəb, ingilis və digər dillərdə təqdim olunur. Yarmarka ilk növbədə adi misirlilərə xitab edir və tədbirləri açıq havada keçirməklə yanaşı, ziyarətçiləri əyləndirmək üçün atəşfəşanlıq da təşkil edilir.
Dördüncü Bakı yarmarkası (film, 1925)